Onlayn ictimai-siyasi qəzet
Belçika Ukraynaya vəd etdiyi F-16 qırıcılarının çatdırılmasına sadiq qalır. Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, təyyarələrin təhvil verilməsi yalnız ukraynalı pilotların hazırlıq mərhələsi başa çatdıqdan və texniki yoxlamalar tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Musavat.com xəbər verir ki, Franken çıxışında bu prosesin vaxt tələb etdiyini vurğulayıb:
“F-16-lar doğrudan da sizin ölkəyə göndəriləcək, amma biz hələ onların istifadəyə tam hazır olduğunu təsdiqləməmişik. Təlim prosesi vaxt tələb edir, bu da təxminən bir ay çəkir. Yəni təyyarələr gəldiyi anda dərhal Ukraynaya göndərilmir. Lakin vəd etdiyimiz bütün F-16-lar mütləq sizə çatacaq – bu məsələdə heç bir şübhə yoxdur.”
Rəsmi Brüsselin sözlərinə görə, təhvil prosesi mərhələli şəkildə aparılacaq və texniki hazırlıqlar tamamlandıqdan sonra qırıcılar döyüş istifadəsinə veriləcək.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ