Onlayn ictimai-siyasi qəzet
Pentaqonun rəhbəri Pit Heqset təyyarədə qorxulu anlar yaşayıb.
Musavat.com xəbər verir ki, onun təyyarəsi Böyük Britaniya səmasında olarkən ön şüşəsi çatlayıb, təyyarə təcili eniş etməli olub. Müdafiə nazirinin ictimai məsələlər üzrə köməkçisi Sean Parnellin sözlərinə görə, heç kim xəsarət almayıb. O, hadisə barədə X hesabında paylaşım edib: “NATO müdafiə nazirlərinin görüşündən sonra ABŞ-a gedərkən müdafiə naziri Heqsetin təyyarəsi ön şüşəsi çatladığından Böyük Britaniyaya planlaşdırılmamış eniş edib”.
O aydınlaşdırıb ki, eniş standart prosedura uyğun həyata keçirilib və təyyarədə olanların hamısı təhlükəsizlikdədir.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ