Onlayn ictimai-siyasi qəzet
Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani 3025 brilyantla bəzədilmiş bahalı çanta alıb.
Musavat.com xəbər verir ki, aksesuarın dəyəri 2 milyon avro təşkil edir.
Çanta “dünyanın ən bahalı qadın aksesuarlarından biri” kimi qiymətləndirilir. Onun dizaynı xüsusi olaraq hazırlanıb — hər bir brilyant əl ilə yerləşdirilib, mərkəzində isə nadir kəsimə malik qiymətli daş yer alır.
Bu dəbdəbəli alış sosial mediada da böyük maraq doğurub və Nita Ambaninin zəngin həyat tərzinin daha bir simvolu kimi qiymətləndirilib.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ