Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İtaliyanın Viçensa vilayətində yaşayan 70 yaşlı kişi 53 il ərzində özünü kor kimi təqdim edərək dövlətin əlillik müavinətindən 1 milyon avrodan çox pul alıb.
O, guya iş zamanı baş verən “bədbəxt hadisə” nəticəsində görmə qabiliyyətini itirdiyini iddia edib. Lakin illər sonra aparılan araşdırma bu yalanı üzə çıxarıb — məlum olub ki, kişi əslində tamamilə sağlamdır: şəhərdə sərbəst gəzib, mağazalarda malları diqqətlə seçib, hətta bağında təhlükəli alətlərlə işləyib.
İtaliya maliyyə polisi onun bu hərəkətlərini gizli kameralar vasitəsilə qeydə alıb. Fakt təsdiqləndikdən sonra prokurorluq həmin şəxsə dövlətə qarşı dələduzluq ittihamı irəli sürüb.
Məhkəmənin qərarına əsasən, o artıq müavinət almayacaq və qanunsuz əldə etdiyi bütün vəsaiti geri qaytarmaq məcburiyyətində qalacaq.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ