Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Latviya hökuməti 15 oktyabrdan etibarən Rusiya və Belarusla avtomobil sərhədini keçmək istəyənlər üçün yeni qaydalar və ödəniş sistemi tətbiq edəcək.
Yeni qərara əsasən, Grebnevo, Terehovo və Paternieki sərhəd-keçid məntəqələrindən istifadə edən sürücülər əvvəlcədən Sərhəd Elektron Növbə Sisteminə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı bir nəqliyyat vasitəsi üçün keçid bronu 9,3 avro təşkil edəcək və ödəmə etmədən sərhədi keçmək mümkün olmayacaq.
Sürücülər sərhədi keçmək üçün konkret vaxt intervalını 30 gün əvvəldən seçməlidirlər. Əgər sistemdə boş yerlər qalsa, qısa müddətdə də qeydiyyat imkanı veriləcək.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ