İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Yaxın Şərqdə müharibə 300 il davam etdi – biz onu bitirdik

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qəzza müharibəsini Rusiya-Ukrayna müharibəsi ilə müqayisə edərək, məqsədinin iki ölkə arasındakı münaqişəyə son qoymaq olduğunu bildirib.

Tramp çıxışında Yaxın Şərqdə uzun əsrlər davam edən qarşıdurmaya istinad edərək, ABŞ-ın bu müharibəyə son qoyduğunu vurğulayıb:

“Bu, Yaxın Şərqdə keçən həftə etdiyimizlə müqayisədə nisbətən asandır. Yaxın Şərqdə müharibə 300 il davam etdi — və biz onu bitirdik. Bu müharibə isə üç ildir davam edir. Məncə, biz onu da bitirəcəyik”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də müharibənin sona çatmasını istəyir. Lakin onun sözlərinə görə, Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dərin ədavət bu prosesi çətinləşdirir: “Bilirsiniz, onunla Zelenski arasında böyük ədavət var. Bunu yəqin siz də görmüsünüz. Bu da prosesi çətinləşdirir”, – Tramp qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR