Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Ternopol vilayətində polis zorakılıq və soyğunçuluqla məşğul olan hərbçilərdən ibarət dəstəni zərərsizləşdirib.
Musavat.com xəbər verir ki, istintaq məlumatına görə, saxlanılan şəxslər insanları şəhərdən kənara apararaq döyür, onlardan pul və ya qiymətli əşyalar tələb edirdilər.
Ən diqqətçəkən məqam isə qurbanların bir hissəsinin — müharibədə ağır yaralanmış və hazırda reabilitasiya keçən ukraynalı veteranlar olmasıdır. Hazırda hadisə ilə bağlı 7 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb.
Hadisəyə münasibət bildirən Ukrayna Silahlı Qüvvələrinin “Üçüncü Hücum Briqadası” məsələ ilə bağlı bəyanat yayıb:
“Milli Polisin Ternopol vilayətində saxlanılan və guya Üçüncü Hücum Briqadasının döyüşçüləri olan şəxslərlə bağlı məlumatını nəzərdən keçirdik. Biz hüquq-mühafizə orqanları ilə tam əməkdaşlığa açığıq və hadisənin obyektiv araşdırılmasını gözləyirik”.
Ukrayna ictimaiyyətində böyük rezonans doğuran olayla bağlı istintaq davam edir. Rəsmilər bu kimi halların cəzasız qalmayacağını və günahkarların ən sərt şəkildə cəzalandırılacağını bildirirlər.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ