İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dron divarı” qurulmasa, Avropa təhlükədə qalacaq - XƏBƏRDARLIQ

Avropa Rusiyanın Avropa qitəsinin dərinliklərinə zərbələr endirməsinə hazır olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Onun sözlərinə görə, müasir müdafiə sistemlərinin yaradılmasından imtina etmək, o cümlədən Avropanın şərq sərhədlərində “dron divarı” layihəsini həyata keçirməmək məsuliyyətsizlik olardı.

Nazirin fikrincə, Rusiya regionun dərinliklərinə zərbələr endirməyə qadirdir və Avropa dövlətləri buna qarşı müqavimət göstərməyə hazır olmalıdırlar. Sikorski vurğulayıb ki, anti-dron texnologiyalarının və bu sahədə yerli istehsal imkanlarının olmaması bu gün məsuliyyətsizliyin göstəricisi sayılmalıdır.

Bu açıqlamaları Radoslav Sikorski Böyük Britaniya parlamentinin binasında, Ukrayna ərazisində vurulmuş iran istehsalı “Shahed-136” dronunun yanında çıxış edərkən səsləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR