Onlayn ictimai-siyasi qəzet
Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampa Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: "Dostum Modi məni Rusiyadan neft almayacağına inandırdı. O, bunu dərhal edə bilməz; bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq”.
Amerika lideri həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil: “Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”.
Trampın sözlərinə görə, “indi Çinin də eyni şeyi etməsi lazımdır”.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ