Onlayn ictimai-siyasi qəzet
Türkiyədə hökumət LGBT ilə bağlı hüquqi çərçivəni sərtləşdirən yeni qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır. Layihə qəbul edildiyi halda, ölkədə cinsiyyət, nikah və gender ifadəsinə dair ciddi məhdudiyyətlər qüvvəyə minəcək.
Musavat.com xəbər verir ki, yeni qanun layihəsinə əsasən, doğuşdan gələn bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən və ya bu cür davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar.
Sənəddə həmçinin eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsinə də cinayət məsuliyyəti nəzərdə tutulur. Bu hallarda 1 il 6 aydan 4 ilədək həbs cəzası verilə bilər.
Qanun layihəsinin ən çox müzakirə olunan maddələrindən biri isə cinsiyyət dəyişmə ilə bağlıdır. Yeni qaydalara əsasən, cinsiyyət dəyişmə əməliyyatı üçün yaş həddi 25-ə qaldırılacaq və əməliyyat yalnız “elmi cəhətdən zəruriliyi sübuta yetirildiyi” halda icra edilə biləcək.
Qanun layihəsinin yaxın aylarda parlament müzakirəsinə çıxarılacağı gözlənilir.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ