Onlayn ictimai-siyasi qəzet
Ukrayna paytaxtı fövqəladə hallar zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün yeni plan üzərində işləyir. Kiyev şəhər administrasiyası fövqəladə vəziyyət baş verdiyi təqdirdə vətəndaşların təxliyəsi məqsədilə xüsusi təchiz olunmuş avtobusların hazırlanmasına başlayıb.
Musavat.com xəbər verir ki, şəhər administrasiyasının aparat rəhbəri Zaqumennı layihə ilə bağlı açıqlamasında bildirib ki, hazırda bunun üçün maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır:
“Hazırda bu layihə üzrə həll yollarını axtarırıq. Məqsədimiz avtobusları elə hazırlamaqdır ki, fövqəladə vəziyyət baş verdiyi anda insanları operativ şəkildə xilas edə bilək.”
Rəsmi Kiyevin sözlərinə görə, bu təşəbbüs müharibə şəraiti, hava hücumları və digər fövqəladə risklər fonunda paytaxt sakinlərinin təhlükəsizliyini təmin etmək üçün vacib addım hesab olunur. Yeni təxliyə nəqliyyat vasitələrinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ