Onlayn ictimai-siyasi qəzet
Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafini 11 milyon dollarlıq girov müqabilində azad etməyi qərara alıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib.
Qərar oktyabrın 17-də Beyrutdakı Ədalət Sarayında keçirilmiş dindirmədən sonra qəbul edilib.
Qeyd edək ki, 50 yaşlı Hannibal Qəddafi 2015-ci ildən Livanda həbsdə idi. O, Suriya ərazisində mühacirətdə yaşadığı vaxt "Amal" hərəkatının silahlıları tərəfindən qaçırılmış və daha sonra Livan hakimiyyətinə təhvil verilmişdi.
2017-ci ildə ona qarşı 1978-ci ildə Liviyaya səfəri zamanı itkin düşən İmam Musa Sadrın taleyi barədə məlumatları gizlətmək ittihamı irəli sürülüb.
Zəmanət verildikdən sonra məhkəmənin Hannibal Qəddafinin ölkədə qalmasının şərtlərini nəzərdən keçirəcəyi gözlənilir.
Musavat.com
18 Oktyabr 2025
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ