İnsanlara hürriyət, millətlərə istiqlal!

“Shell”in mirası Timçenkoya qaldı

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, milyarder Gennadi Timçenko “Salym Petroleum Development” şirkətinin 50%-lik payının sahibi olub.

Musavat.com xəbər verir ki, şirkət Xantı-Mansi muxtar dairəsindəki Salym yataqlarında neft hasilatı ilə məşğuldur.

Əvvəllər bu pay “Qazprom Neft” şirkətinə məxsus idi. Pay ona Böyük Britaniyanın “Shell” şirkətindən keçib. “Shell” Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalına başlamasından sonra ölkə bazarını tərk etmişdi.

Analitiklərin hesablamalarına görə, bu əməliyyatın dəyəri 30–40 milyard rubl (təxminən 400-500 milyon dollar) təşkil edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR