İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sepah” Səddamla savaşan erməniləri “şəhid” adlandırdı

“Sepah Pasdaran” İranın erməni icmasının ölkədə “böyük hörmətə malik olduğunu” yazıb.

Musavat.com xəbər verir ki, “Sepah” 1980-ci illərdə Səddam Hüseynlə müharibə zamanı yüzlərlə erməninin “İranı müdafiə edərkən şəhid olduğunu” bildirib.

Kanal yazır ki, “bu şəhidlərin bir çoxu xristian ayinlərinə uyğun olaraq hərbi dəfn mərasimləri ilə torpağa tapşırılıb, tabutları üzərində İran bayrağı və açıq şəkildə nümayiş olunan xaç simvolu olub”.

Məlumatda vurğulanır ki, İranın müxtəlif bölgələrində yüzlərlə kilsə fəaliyyət göstərir, xristianlar (əslində ermənilər) öz dinlərini sərbəst şəkildə icra edirlər, parlamentdə onlara 3 yer ayrılıb, hətta bəzi qanunlardan azad ediliblər.

Belə görünür ki, Tehran “xristian-erməni şəhidlərini” ucaldaraq azlıqların hüquqlarını nümayiş etdirmək istəyir, amma eyni zamanda milyonlarla azərbaycanlının dil və mədəni hüquqlarını belə tanımaqdan imtina edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR