Onlayn ictimai-siyasi qəzet
“Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq”.
Bunu Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib. Arif Rəhimzadə bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.
Ramiz Mehdiyev 23.10.2019-cu il tarixindən etibarən Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. O, hazırda Təhlükəsizlik Şurasının üzvüdür. Ramiz Mehdiyev eyni zamanda, fəxri adı və dövlət təltifləri olan şəxsdir.
“Vikipediya” məlumatlarına əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.
Praktikada ağır dövləti cinayətlərdə ittiham olunan şəxslərin vəzifə səlahiyyətindən və dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı nümunələr mövcuddur.
Vəkil Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı məhkəmə qərar qəbul edir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ