Onlayn ictimai-siyasi qəzet
Gümrü merinin oğlu hədə-qorxu ilə tələb etməkdə və bələdiyyə əmlakını mənimsəməkdə ittiham olunur.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Ermənistan İstintaq Komitəsi bir ay əvvəl merin siyasi təqib iddiası ilə dediyi cinayət təqibinin səbəbini açıqlayıb.
İstintaq Komitəsinin məlumatına görə, Spartak Qukasyan sosial mövqeyindən istifadə edərək, yük maşını sürücüsündən bələdiyyə əmlakını mer ailəsinə məxsus istirahət zonasına daşımağı tələb edib. Bununla da əmlakı mənimsəyib, cəmiyyətə xeyli ziyan vurub. Kiçik Qukasyan ev dustaqlığına buraxılıb.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ