Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Musavat.com xəbər verir ki, qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş etdi.
Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlandı.
Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı vurğuladı ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı.
Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxundu, onun bütün bölgə üçün faydalı olacağını dedi.
Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
14:41
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ