İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Bakı ilə bağlı açıqlama: "Rusiyalıların azad edilməsi üçün addımlar atılır"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Rusiyanın Bakı ilə əlaqələrindəki əsas məsələlərdən birinin Azərbaycanda həbs olunan rus vətəndaşlarının tez bir zamanda azad edilməsi və vətənlərinə geri qaytarılması olduğunu bildirib.

Musavat.com-un məlumatına görə Zaxarova bildirib ki, bu sahədə irəliləyişlər mövcuddur. Xüsusilə, "Sputnik Azərbaycan" redaksiyasının rəhbəri İqor Kartavıxın həbsindən sonra, onun barəsində həbs müddətinin dəyişdirilməsi, müsbət irəliləyiş kimi qiymətləndirilib.

Rusiya, bu məsələnin sürətlə həll edilməsi üçün Bakı ilə daha sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR