İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hüquqi skandal: Məhkəmə hökmünü süni intellekt yazdı

Rusiyanın Krasnodar diyarında bir vəkil məhkəmə qərarında süni intellektin istifadə edildiyi iddiası ilə şikayət verib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Söhbət iki polis əməkdaşının rüşvət alma işindən gedir. Onlardan birinin vəkili hökmdəki bəzi ifadələrin “qəribə və məhkəmə üslubuna uyğun olmayan” şəkildə yazıldığını fərq edib.

Hökmdə vəkillər “bütöv bir müdafiəçilər pleyadası” adlandırılır, təqsirləndirilənlərin yoxlamada iştirakı “möcüzəvi şəkildə” baş vermiş kimi təsvir olunur. Bundan əlavə, sənəddə “Krasnodar diyarı üzrə DİN Baş İdarəsinin zonal nəzarətinin mükəmməl şəkildə təşkil olunduğu və əmrlə təsdiqləndiyi” kimi ifadələr yer alır. Məhkəmə, həmçinin, təqsirləndirilənlərdən birini “qətiyyətli vəzifəli şəxs” adlandırıb.

Dilçi ekspert mətnin təhlilindən sonra üslubların qarışdığını, bəzi sözlərin uyğunsuz işlədildiyini, mətndə “boş kütləlik”, “mənasız” və “təbiidən uzaq” cümlə quruluşları olduğunu müəyyən edib.

Məlumata görə, apel­lyasiya instansiyası vəkilin şikayətini nəzərdən keçirib, lakin hökmü qüvvədə saxlayıb, çünki məhkəmə sənədlərində neyroşəbəkələrin (süni intellektin) istifadəsini tənzimləyən hüquqi norma yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR