Onlayn ictimai-siyasi qəzet
ABŞ-da hökumətin qismən bağlanması ölkəyə gündə 15 milyard dollara qədər iqtisadi itki gətirəcək.
Musavat.com xəbər verir ki, bunu maliyyə naziri Skott Bessent Vaşinqtonda CNBC investisiya konfransında deyib.
"Mən gündə bəlkə də 15 milyard dollara qədər itki göstərən göstəricilər gördüm", - o bildirib.
Oktyabrın əvvəlində Ağ Ev hökumətin qismən bağlanmasının ABŞ ÜDM-nə həftədə təxminən 15 milyard dollara başa gələcəyinə dair təxminləri açıqlamışdı.
ABŞ federal hökuməti büdcə layihəsi Senatda təsdiqlənmədiyinə görə oktyabrın 1-dən fəaliyyətini qismən dayandırıb. Ondan bəri Nümayəndələr Palatasının qəbul etdiyi layihə 8 dəfə səsverməyə çıxarılsa da, lazım olan 60 səsi toplaya bilmədiyinə görə qəbul edilməyib.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ