İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavidan Novruz efirləri tənqid etdi: "Vallah iyrəncsiniz!"

Sənətçi, aktyor Cavidan Novruz son günlər televiziya efirlərində müğənnilərin bahalı avtomobilləri, əşyaları və mülkləri ilə öyünməsini kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə sərt paylaşım edib.

Cavidan  verilişlərdə süni və saxta görüntülərin çoxalmasından narazılığını bildirib:

"Mənə bilirsiniz, nə maraqlıdır? Nə vaxta qədər efirlərdə hansısa müğənninin maşınının içini qurdalamaq, bahalı əşyalarını göstərib müzakirə etmək və ya ondan mülkünün qiymətini soruşmaq dəbdə olacaq? Bir də o müğənnilərin guya bu söhbətin efirdə olmasını istəmirmiş kimi davranmaları...

Ən pis tərəfi budur ki, əslində, bunları özləri təşkil edirlər! Bu nə görməmişlikdir axı? Dünyanın heç bir kanalında belə şeylər yoxdur! Vallah, bəsdirin artıq - iyrəncsiniz!

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR