İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS silahı yerə qoymasa, ABŞ onu tərksilah edəcək – Tramp

HƏMAS hərəkatı könüllü şəkildə tərksilah olmasa, bunu ABŞ edəcək.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp argentinalı həmkarı Xavyer Mayli ilə Ağ Evdə görüşü zamanı belə deyib: "Onlar tərksilah olacaqlar, çünki tərksilah olacaqlarını deyiblər. Əgər tərksilah olmasalar, biz onları tərksilah edəcəyik".

Tramp hərəkatın necə tərksilah ediləcəyini dəqiqləşdirməkdən imtina edib: "Mən bunu sizə izah etməli deyiləm. Onlar bilirlər ki, biz oyun oynamırıq".

Onun sözlərinə görə, Vaşinqton HƏMAS-ın “müəyyən müddət” ərzində tərksilah olmasınıgözləyir. Əgər hərəkat könüllü olaraq bundan imtina edərsə, o, “ehtimal ki, zorla tərksilah ediləcək”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR