İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ŞOK TƏKLİF: Doğum şəhadətnamələri sovet üslubunda OLACAQ

Rusiyanın Ədliyyə Nazirliyinə doğum şəhadətnamələrinin sovet formatına qaytarılması ilə bağlı təklif göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumatda bildirilir ki, ideyanın müəllifi Şuşarı bələdiyyəsinin deputatı və Uşaq Malları İstehsalçıları Assosiasiyasının sədri Mixail Vetrovdur.

Vetrov ədliyyə naziri Konstantin Çuyçenkoya ünvanladığı müraciətdə bildirib ki, sənədin görünüşü tərbiyəvi rol oynayır və vətənpərvərlik hissinin formalaşmasına töhfə verir. O, sovet dövründəki kimi möhkəm yaşıl cildli dizaynın bərpa edilməsini təklif edib. Məqsəd sənədin davamlılığını vurğulamaq və onun simvolik dəyərini artırmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR