İnsanlara hürriyət, millətlərə istiqlal!

Spitakda atışma: keçmiş deputatın evi önündə 7 nəfər saxlanıldı

Ermənistanın Lori vilayətində  atışma hadisəsi qeydə alınıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Cinayət xəbərləri saytı Shamshyan.com-un məlumat yayıb.

Saytın xəbərinə görə dünən saat təxminən 20:30 radələrində polisə Spitak şəhərində bir qrup şəxs arasında mübahisə düşdüyü və bu zaman atəş səslərinin eşidildiyi barədə operativ məlumat daxil olub.

Saytın yazdığına əsasən, mübahisə, əlbəyaxa dava və atəş səsləri Ermənistanın keçmiş deputatı, Respublikaçılar Partiyasının üzvü və iş adamı Arkadi Ambarsumyannın evinin qarşısında baş verib.

Polis xuliqanlıqda şübhəli bilinən 7 nəfəri, o cümlədən keçmiş deputatın oğlunu saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR