Onlayn ictimai-siyasi qəzet
Novosibirskdə, Zatulinkada 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində baş vermiş dəhşətli hadisə ilə bağlı məlumatlar hələ də unudulmayıb. Zamanla Zatulinka partlayışı ilə bağlı bir çox miflər ortaya çıxıb. Fəlakətdən sonra doğulan insanlar hadisələrin müxtəlif versiyalarını irəli sürüblər. Bunlara terror hücumu və ya balıqçının ov üçün partlayıcı maddələr daşıyan zaman baş verən bədbəxt hadisə kimi nəzəriyyələr daxildir.
Dəhşətli olan hadisə nəticəsində avtobusdakı 35 nəfərin ölümü və cəsədlərin ətrafa səpələnməsidir. Partlayışın kiçik bir qızı hasarın üstündən necə aşırdığı və ya ölənlər arasında gəlin və bəyin olması ilə bağlı hekayələr şəhər əfsanəsinin bir hissəsinə çevrilib.
Hadisə 1979-cu il noyabrın 6-da, Zorge küçəsində sərnişinlərlə dolu 15 saylı LiAZ avtobus Zatulinkaya doğru hərəkət edərkən baş verib. Sərnişinlər mindikdən bir neçə dəqiqə sonra nəqliyyat vasitəsində partlayış olub.
Həmin avtobusa minməyə bir az kecikən Novosibirsk sakini Sergey Meşçeryakov “AiF na Obi” nəşrinə dəhşətli mənzərənin necə şahidi olduğunu danışıb. O, dayanacaqda gözləyib, amma avtobusun dolu olduğunu görüb, onu buraxmaq qərarına gəlib. Meşçeryakov, “Rassvet” kinoteatrının yanından keçərkən damı uçmuş, cəsədləri yola səpələnmiş avtobusu görüb.
Partlayış zamanı avtobusda olan Daxili İşlər Nazirliyinin veteranı Vladimir Litosov həmin günü belə xatırlayıb: “Avtobusun qarşısında dayanmışdım, arxada baş verən partlayış sayəsində ciddi xəsarətdən xilas oldun. Sonrakı xaos, hər yerə səpələnmiş cəsədlər və dağılmış avtobus heç vaxt unutmayacağım bir mənzərədir”.
İstintaqın nəticələrinə görə, faciə terror hücumu kimi təsnif edilməyib, baxmayaraq ki, bu nəzəriyyə əsas fikir olub. Tezliklə məlum olub ki, partlayışa keçmiş zavod işçisi Anatoli Rudkovskinin özü ilə birgə avtobusda daşıdığı partlayıcı ammonal səbəb olub. Təbii ki, hadisənin belə gedişatı hüquq-mühafizə orqanlarına sərf edib. Çünki hər hansı digər bir hal onların fəaliyyətinə və partiyanın işlərinə kölgə sala bilərdi. Odur ki, DTK öz versiyasını milisə təqdim edib.
Nəticədə milis və Dövlət Təhlükəsizlik Komitəsi hadisəni “rekord müddətdə” araşdırıb. Tədqiqatçılar “elmi metodlardan” istifadə edərək hadisənin təsadüfən partladılmış ammonaldan olduğunu müəyyən ediblər. İstintaq zamanı məlum olub ki, partlayıcı maddələri Rudkovski zavodda işləyən tanışından alıb. Guya bu, əvvəlcədən planlaşdırılan terror aktı deyil, daha çox "təsadüf" olub.
Ölənlər arasında Anatoli Rudkovskinin özü də olub. Hadisə yerindən ona Belarusdan göndərilən ammonal, detonator qalıqları və akkumulyatorlar aşkar edilib. Hər şey onun partlayışa görə "məsuliyyət" daşıdığını göstərib.
Guya Rudkovski sərxoş olub. Faciədən bir müddət əvvəl o, həyat yoldaşını təhdid edərək, hamının xəbərdar olacağı şəkildə intihar edəcəyini deyib. O vaxt heç kim buna əhəmiyyət verməyib. Müstəntiq bütün faktları müqayisə edərək belə nəticəyə gəlib ki, Rudkovski avtobusu partlatmağı planlaşdırmayıb.
"Məlum olub ki", partlayış təsadüfi olub: ola bilsin, avtobus silkələnib və ya kimsə onu əzərək təsadüfən vurub. O, artıq partlayıcıları istifadəyə hazırlayıb. Ehtimal ki, pis münasibətdə olduğu həyat yoldaşı və iki oğlu ilə birlikdə özünü partlatmaq üçün evinə gedirmiş.
Partlayışdan sonra yerli sakinlər təkcə hadisədən şoka düşməyiblər, həm də açıq-aşkar hörmətsizlik ediblər. Dərhal faciə yerinə gələn qarətçilər avtobus sərnişinlərinin əşyalarını, o cümlədən qurbanların kəsilmiş əllərindən çantalarını və hətta saatlarını oğurlayıblar. Marşruta xidmət göstərən PATP-2-nin direktoru yalnız yeni avtobusun itməsi ilə bağlı kədərləndiyini bildirib.
Hadisə mətbuatda faktiki olaraq işıqlandırılmayıb, faciənin səbəbləri və hadisəni törədənin kimliyi geniş ictimaiyyətdən gizlədilib, sovet dövründə bu haqda geniş məlumat verilməyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ