İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Ramiz Mehdiyevi əslində BUNA GÖRƏ TUTUBLAR: Elman Nəsirovla Tural Abbaslı CANLIda

Ramiz Mehdiyevin həbsi ilə Adnan Əhmədzadə işi arasında iki ortaq nöqtə görünür. Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur;

İkincisi, hər iki şəxsin Azərbaycanın dövlət maraqlarını eyni yerə - Rusiyaya satdığı deyilir;

Mehdiyevin Rusiyaya bağlılığı sirr deyil. Lakin onun indi – Adnan Əhmədzadədən sonra həbs edilməsi Rusiyaya bağlı şəbəkənin sıradan çıxarılması kimi qəbul edilə bilər. İstisna deyil ki, Rusiyanın tapşırığı ilə Azərbaycana qarşı neft təxribatı törədən A.Əhmədzadənin istintaqa verdiyi ifadələr bir çox mətləblərə aydınlıq gətirib, o cümlədən, təxribat planlarında Mehdiyevin iştirakı faktını ortaya qoyub.

Mehdiyevin Adnan Əhmədzadədən sonra həbs edilməsi bu versiyanı xüsusilə gücləndirir.

“Beşinci kalon” kimi tanınan şəbəkənin digər üzvlərinin də ifşa ediləcəyi gözləniləndir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

Qonaqlarımız YAP-çı deputat Elman Nəsirovla Ağ Partiyanın sədri Tural Abbaslı müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR