Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəfil insan çıxıb.
Bu barədə "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
"Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib", - məlumatda deyilir.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ