İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub - ABŞ rəsmisi

Prezident Donald Tramp və Çin sədri Si Cinpin arasında mümkün görüş üçün vaxt müəyyən edilib.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Grir CNBC telekanalına müsahibəsində bildirib. O, Tramp və Si Cinpin arasında görüşün mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “bunun üçün vaxt təyin edilib” deyib.

Qrir həmçinin qeyd edib ki, Çin nadir torpaq metallarına ixrac nəzarəti ilə "ifrata vardığını" anlayıb. Onun sözlərinə görə, Çinin bu addımı üçün heç bir əsas yox idi.  

ABŞ Ticarət nümayəndəsi problemin aradan qaldırılacağına inanır: "Biz keçmişdə irəliyə doğru yol tapmaq sahəsində onlarla kifayət qədər uğurlu iş görmüşük, ona görə də düşünürük ki, bunun da öhdəsindən gələ bilərik".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR