Onlayn ictimai-siyasi qəzet
OpenAI-nin rəhbəri Sem Altman süni intellektin inkişafında yeni mərhələnin başlandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Altman bildirib: dekabr ayından etibarən ChatGPT-nin yeni versiyası istifadəçilərlə sırf “praktik köməkçi” kimi deyil, həm də insani emosiyalara malik virtual partnyor kimi qarşılıqlı münasibət qura biləcək.
Yeni funksiyalar çərçivəsində sistem flirta, hissləri ifadə etməyə və emosional ünsiyyətə cavab verə biləcək. Daha diqqətçəkən yenilik isə şirkətin rəsmi şəkildə erotik məzmun və rol oyunlarına da icazə verəcəyini bəyan etməsidir.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ