Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatı son həftələrdə səkkizinci dəfə qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, oktyabrın 14-də keçirilən prosessual səsvermə zamanı Respublikaçılar tərəfindən dəstəklənən və Nümayəndələr Palatasında qəbul edilmiş layihə yetərincə səs toplaya bilməyib.
Konqresin yuxarı palatasının 49 üzvü qanun layihəsinin lehinə, 45 nəfər əleyhinə səs verib. Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.
Beləliklə, ABŞ hökumətinin fəaliyyətindəki məhdudiyyət davam edir.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ