Onlayn ictimai-siyasi qəzet
İsveç hakimiyyəti müharibə təhlükəsi perspektivi ilə ölkənin şimalında strateji əhəmiyyət kəsb edən dörd rayon üçün ehtiyat taxıl ehtiyatlarının alınmasına göstəriş verib.
Musavat.com xəbər verir ki, məlumatı İsveç hökumətinin mətbuat xidməti yayıb.
Bildirilir ki, ehtiyat taxıl anbarları İsveçin dörd ən şimal qraflığında (rayonlarında) - Norrbotten, Västerbotten, Västernorrland və Jamtlandda yaradılacaq. Taxıl alışı üçün büdcədən 575 milyon İsveç kronu (təxminən 60 milyon dollar) ayrılacaq.
Layihənin mahiyyəti ondan ibarətdir ki, taxıl ehtiyatları daim istifadəyə yararlı vəziyyətdə qalması üçün mütəmadi olaraq yenilənməlidir. Mülki müdafiə naziri Karl-Oskarlin bildirib: "Şimali İsveç strateji hərbi əhəmiyyətə malikdir və hərtərəfli müdafiə sistemi üçün prioritet regiondur. Təsadüfi deyil ki, taxıl ehtiyatlarının yaradılması istiqamətində ilk addımlar burada atılır. Bu, çətin anlarda belə əhalinin ərzaqla təmin olunması ideyasına əsaslanır".
Kənd təsərrüfatı naziri Peter Kullgren əlavə edib ki, hökumət nəhayət, bütün ölkə ərazisində oxşar taxıl anbarları yaratmağı planlaşdırır. Bunun üçün 2026-2028-ci illər büdcəsində vəsait ayrılıb.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ