Onlayn ictimai-siyasi qəzet
"Dövlət qurumlarında vəzifəli şəxslərin rus dilində danışması həm dövlət dilinə, həm də milli kimliyə hörmətsizlikdir."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin imkanları kifayət qədər genişdir və rəsmi şəxslərin bu dildə səlis şəkildə çıxış etməsi həm hüquqi, həm də mənəvi borcdur.
Siyasi şərhçi əlavə edib: “Əgər bir məmur Azərbaycan auditoriyasına rusca müraciət edirsə, deməli, ya xalqına hörmət etmir, ya da öz dilinə inamı yoxdur. Bu, müstəqillik dövründə qəbuledilməz bir davranışdır. Biz illərlə öz dilimiz uğrunda mübarizə aparmışıq, indi isə rəsmi şəxslərin efirdə rus dilində danışması bu mübarizəni mənasız göstərir.”
Verilişdən həmin hissəni təqdim edirik.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ