İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu HƏMAS-a xəbərdarlıq etdi: İndi tərksilah mərhələsidir...

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi girovların qaytarılmasından sonra sülh prosesində növbəti mühüm addımdır.

Musavat.com xəbər verir ki, o bu barədə CBS telekanalına müsahibəsində danışıb: "Birincisi, HƏMAS silahlarını yerə qoymalı, ikincisi, Qəzzada silah fabriklərinin olmamasına əmin olmalısınız. Qəzzaya heç bir silah qaçaqmalçılıq yolu ilə gətirilmir. Bu, demilitarizasiyadır".

O əlavə edib ki, HƏMAS bu şərtləri yerinə yetirməkdən imtina edərsə, “əsl xaos yaranacaq”: "Ümid edirəm ki, bu baş verməyəcək. Ümid edirəm ki, biz bunu sülh yolu ilə həll edə bilərik. Biz, şübhəsiz ki, buna hazırıq".

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, HƏMAS imtina etsə, hərəkatın tərksilah edilməsini Amerika tərəfi öz üzərinə götürəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR