İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Rusiya artıq sülh prosesindən kənarda qalıb, Qaluzinə deyən lazımdır ki, qatar gedib...” - VİDEO

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün öz ərazisində platforma təqdim etməyə hazırdır.

Musavat.com xəbər verir ki, diplomat vurğulayıb:

“Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə dair təklifimiz qüvvədə qalır”.

Qaluzin əlavə edib ki, Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir və üçtərəfli bəyanatlar çərçivəsində bu istiqamətdə bütün zəruri dəstəyi göstərməyə hazırdır.

Amma “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu ARB24 telekanalında aparıcı Çinarə Nurməmmədovanın suallarını cavablandırarkən bildirib ki, Moskva bu məsələdə artıq çox gecikib:

“Rusiya uzun müddət Azərbaycanla münasibətlərində pauza verərək regiondakı proseslərdən kənarda qaldı. Artıq vasitəçiyə ehtiyac da yoxdur. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması istiqamətində fikir ayrılığı qalmayıb. Bu, Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən paraflanma mərasimində öz təsdiqini tapdı”.

Rauf Arifoğlunun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda eyni səhnədə çıxış edərək, razılığın əldə olunduğunu nümayiş etdirirlər:

“Ermənistan artıq Azərbaycanın bütün təkliflərinə, ideyalarına və prinsiplərinə qoşulmaqda maraqlıdır. Bu baxımdan Qaluzinin bəyanatı gecikmiş addımdır və Rusiya faktiki olaraq regiondakı rolunu itirib”.

Verilişin videoyazısını təqdim edirik.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR