Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan ordularının iştirakı ilə “Birlik–2025” adlı birgə regional hərbi təlimlər start götürüb.
Bu təlimlər Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşündən dərhal sonra başladığı üçün beynəlxalq mediada ciddi rezonans doğurub. Ekspertlərə görə, Qəbələdə qəbul edilən qərarlar və Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın çıxışlarında vurğulanan “birlik və ortaq müdafiə konsepsiyası” artıq real addımlara çevrilir. Prosesə Tacikistanın da dəvət olunması xüsusi manevr əhəmiyyəti daşıyır.
Təlimlərin məqsədi – regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, həmçinin hərbi hissələr arasında koordinasiya və birgə əməliyyat bacarıqlarının artırılmasıdır.
Tədbirin açılış mərasimində iştirak edən hərbi rəsmilər Türk dövlətlərinin ortaq hərbi sinxronizasiyasının regionda sabitlik və güc balansını qorumağa xidmət etdiyini bildiriblər.
Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri də xüsusi formada iştirak edir. Onlar mavi beretli sülhməramlı bölmələrdən ibarətdir.
Musavat.com yazarına görə, bu təlimlər Rusiya üçün narahatedici siqnal olacaq. Çünki Moskva artıq həm Qəbələ Zirvəsində səslənən “Türk birliyi” ideyasına, həm də TDT ölkələrinin birgə hərbi platformasına qarşı açıq şəkildə qıcıq göstərməkdədir.
“Birlik–2025” təlimləri bir neçə gün davam edəcək və təlimin yekununda birgə əməliyyat ssenariləri üzrə praktiki mərhələlər keçiriləcək.
Bu, Türk dünyasının hərbi inteqrasiyasında tarixi mərhələ hesab olunur.
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ