İnsanlara hürriyət, millətlərə istiqlal!

“Samvel, səni gözləyirik!” – İrəvanda məhkəmə qarşısında etirazlar böyüyür - VİDEO

Musavat.com xəbər verir ki, bu gün İrəvanda tanınmış erməni iş adamı Samvel Karapetyanın həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı məhkəmə iclası keçirilir. Məhkəmə binasının qarşısına toplaşan yüzlərlə tərəfdarı “Samvel, səni gözləyirik!” şüarları səsləndirərək onun azadlığa buraxılmasını tələb edir.

Samvel Karapetyan bu ilin iyun ayında Paşinyan hökumətinin Erməni Apostol Kilsəsinə qarşı apardığı siyasəti tənqid etdikdən sonra saxlanılmışdı. Ona qarşı “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış” ittihamı irəli sürülüb.

Sonradan Karapetyana qarşı pul yuyulması ilə bağlı əlavə cinayət işi açılıb. Onun rəhbərlik etdiyi “Tashir” Qrupunun dörd əməkdaşı artıq həbs olunub. Eyni zamanda, Ermənistan hökuməti Karapetyana məxsus ən iri aktivlərdən biri olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinə start verib.

Musavat.com bildirir ki, Samvel Karapetyan Ermənistanın ən varlı iş adamlarından biridir və Ruben Vardanyan kimi o da uzun müddət Paşinyan hökumətinə qarşı maliyyə və siyasi mərkəz formalaşdırmağa çalışıb. Hər iki şəxs “köhnə oliqarxik sistemin” əsas dayaqları kimi təqdim olunur.

Paşinyan administrasiyası Karapetyanı yalnız iqtisadi deyil, həm də siyasi baxımdan təhlükəli hesab edir. Milyarder 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində müxalifət düşərgəsini vahid cəbhədə birləşdirmək və Paşinyanı devirmək planında ittiham olunur.

Mənbələrə görə, Karapetyan həbsxanada da boş dayanmayıb — müxalif dairələrlə əlaqəni saxlayır, Paşinyana qarşı alternativ siyasi platforma üzərində çalışır.

Ermənistanda hazırda kilsə və hökumət qarşıdurması dərinləşməkdədir və Samvel Karapetyanın işi bu qarşıdurmanın simvoluna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR