İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇİR

Ermənistanda müxalifət qüvvələrinin vahid siyahı ilə qarşıdan gələn parlament seçkilərində birləşməsi təklif olunub.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” blokunun deputatı Aqvan Vardanyan danışıb.

Erməni deputat bunun seçki baryerini aşmaq üçün vacib olduğunu deyib.

Vardanyanın fikrincə, hazırda ölkədə iki əsas müxalif qüvvə formalaşır - Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Karapetyanlar (Samvel Karapetyan və Ermənistanın keçmiş baş naziri Karen Karapetyan - red.) tərəfindən yaradılacaq komanda. Onun fikrincə, digər siyasi oyunçular da öz mövqelərini müəyyənləşdirməlidirlər.

Deputat Arman Tatoyan, Qaqik Tsarukyan, Ermənistan Milli Konqresi və Ayk Marutyan kimi siyasətçilərin də siyasi proseslərdə fəallaşdığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR