Onlayn ictimai-siyasi qəzet
Qubada 30 yaşlı kişi itkin düşüb.
Rayonun Mirzəməmməd kənd sakini Seymur Bəhruz oğlu İsmayılov oktyabrın 7-si yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bildirilir ki, o həmin gün bibisi oğlu ilə görüşüb və birgə yeyib-içiblər. Daha sonra S.İsmayılovun məclisi sərxoş halda tərk etdiyi və ondan xəbər alınmadığı bildirilir.
Məsələ ilə bağlı müvafiq tədbirlər görülür./Milli.az/
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ