Onlayn ictimai-siyasi qəzet
Dünən Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, tapılan cəsədlər əraziyə dəvət olunan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə aktlaşdırılıb, cəsədlərdən nümunələr götürülərək AQTA-ın aidiyyəti üzrə laboratoriyasına göndərilib:
"Müvafiq olaraq laborator analizlərin nəticələri bəlli olduqdan sonra araşdırmanın nəticələri Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mediaya təqdim olunacaq".
AQTA-dan bildirilib ki, Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilboyu sahədə aşkarlanan suiti qalıqlarından agentliyin egional bölməsinin əməkdaşları tərəfindən nümunələr götürülüb:
"Laborator müayinələrin sınağı nəticəsində suitilərin ölüm səbəbi məlum olacaq. Əlaqədar qurumlarla birgə araşdırmalar aparılır".
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ