Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın paytaxtı Cakartada it və pişik ətinin insan qidalarında istifadəsinin qarşısını almaq məqsədilə yeni qanun layihəsi hazırlanır.
Cakartanın qubernatoru Pramono Anunq Vibovo bildirib ki, şəhərdə it ətinin istehlakını qadağan edəcək əsasnamənin hazırlanması üçün artıq rəsmi müraciət qəbul olunub.
Onun sözlərinə görə, bu təşəbbüs Nazirlər Kabinetinin quduzluğun yayılmasına qarşı həyata keçirdiyi profilaktik tədbirlərin tərkib hissəsidir. Əgər qadağanın tətbiqi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac yaranarsa, bu məsələ də qanunverici orqanın gündəminə çıxarılacaq./Milli.az/
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ