Onlayn ictimai-siyasi qəzet
Real Partiyasının sədri Natiq Cəfərli Praqada keçirilən forumda yaşanan maraqlı bir hadisəni bölüşüb.
Musavat.com xəbər verir ki, N.Cəfərli AXCP sədri Əli Kərimlinin bir saxtakarlığını ifşa edib. Real sədri bildirib ki, Praqada, Forum 2000 tədbirində Əli Kərimlinin cəmi 5 dəqiqəlik video-çıxışı olub və video öncədən göndərilib: “”Gücsüzlərin gücü", adlı 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə çıxışı yayıldı.
İndi gördüm ki, hörmətli Əli bəy bu haqda foto-kollajla post yayıb. Fotolar vizual manipulyasiyadir. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti yox idilər - onlar DÜNƏN, açılışda çıxış etdilər.
Əli Kərimlinin kollajla saxtalaşdırdığı foto
Bu gün uyğur, afrikalı, koreyalı və ukraynalı aktivistlərin faciəvi ömür hekayələri səsləndi, sonda Əli bəyin 5 dəqiqəlik videosu yayıldı. İnsafən, pis danışmadı, ölkəmizdə bilinən problemlərdən, siyasi məhbuslardan, bir də sürücüsünün və qohumlarının təqib olunmasından söz açdı”.
N.Cəfərli Ə.Kərimlinin insanları necə çaşdırmasına da toxunub: “Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma DÜNƏNKİ (fərqləndirmə N.Cəfərliyə məxsusdur) tədbirdən fotolar qoyaraq, insanları çaşdırır.
İlk foto Kərimlinin yaydığı postdur, sonra mənim çəkdiyim, həmin tədbirdə çıxış edənlərin, səhnənin fotosudur. Özünüz fikir verin ki, nə həddə manipulyasiya edilib”.
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ