İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Təhlükəsizlik Xidməti Truxanovun Rusiya pasportunu təqdim etdi – Odessa meri ifşa olundu - FOTOLAR

Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessa şəhərinin hazırkı meri Gennadiy Truxanovun Rusiya vətəndaşı olduğunu rəsmən təsdiqləyib. SBU-nun yaydığı açıqlamada bildirilir ki, Truxanovun etibarlı və işlək vəziyyətdə olan Rusiya xarici pasportu mövcuddur.

Təhlükəsizlik qurumu bir neçə rəsmi sənədi ictimaiyyətə təqdim edib. Bu sənədlər arasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin və Miqrasiya Xidmətinin məktubları, məhkəmə qərarları və pasportun surəti də var.

Hüquqi sənədlərdən görünür ki, Truxanovun Rusiya pasportu 15 dekabr 2015-ci ildə verilib və 15 dekabr 2025-ci ilə qədər qüvvədədir. Pasportda doğum yeri kimi “Odessa, SSRİ”, yaşayış yeri kimi isə Krımın Massandra qəsəbəsi, Mira küçəsi, 31 ünvanı göstərilib. SBU-nun məlumatına əsasən, Truxanov 2011-ci ildən etibarən Rusiya Federasiyasında vergi qeydiyyatına alınıb, şəxsi İNN nömrəsi (504230537672) ilə rəsmi qeydiyyatdan keçib.

Rusiya məhkəmələrinin və Daxili İşlər Nazirliyinin sənədləri Truxanovun Rusiya vətəndaşlığının qanuni əsaslarla əldə edildiyini təsdiqləyir. Moskva vilayətinin Sergiyev-Posad məhkəməsinin 2020-ci il qərarına əsasən, onun pasportu “itirilmiş blank əsasında” deyil, qanuni qaydada verilmiş hesab olunur.

Bu faktın üzə çıxmasından sonra Prezident Vladimir Zelenski Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib, onun Odessa meri vəzifəsini icra etmək hüququnu itirdiyi bildirilib.

Truxanovla Zelenski administrasiyası arasında gərginlik uzun müddətdir davam edirdi. O, tez-tez Kiyevin “dekommunizasiya siyasətini” tənqid edir və “Rusiyaya meylli yerli elitaların siması” kimi təqdim olunurdu.

SBU-nun yaydığı bu sənədlər Truxanovun ikili vətəndaşlıq daşıdığını və faktiki olaraq Rusiya pasportu ilə aktiv fəaliyyət göstərdiyini göstərir.

Hazırda Ukrayna Baş Prokurorluğu Truxanovun “dövlətə xəyanət” və “rəsmi saxtakarlıq” maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunması imkanını araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR