Onlayn ictimai-siyasi qəzet
Rusiya Xerson vilayətində BMT-nin humanitar yardımı daşıyan yük maşınlarını atəşə tutub.
Musavat.com xəbər verir ki, bu barədə Xerson Vilayət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, dörd avtomobildən biri tamamilə yanıb, biri isə dron hücumu və artilleriya atəşi nəticəsində ciddi zərər görüb.
Hadisə zamanı heç kim xəsarət almayıb.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ