Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında oktyabrın 17-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların mövzularından biri “Tomaqavk” qanadlı raketlərinin Kiyevə mümkün transferi olacaq.
Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Tədbirin planı ilə tanış olan iki mənbə Axios-a bildirib ki, Trampın cümə günü Ağ Evdə Zelenski ilə görüşəcəyi gözlənilir. Onlar Ukraynaya hansı silahların verilməli olduğunu, xüsusən də ABŞ-ın onu uzaqmənzilli "Tomaqavk" raketləri ilə təmin etməyi planlaşdırıb-qalmayacağını müzakirə edəcəklər: “Müəyyən məsələlər var ki, onları telefonla müzakirə etmək olmaz”.
Adı açıqlanmayan Ağ Ev rəsmisi isə liderlərin cümə günü görüşəcəyini təsdiqləyib.
Şənbə günü Axios mənbələrə istinadən, Trampın Zelenski ilə telefon danışığı zamanı digər məsələlərlə yanaşı, Tomaqavk raketlərinin Kiyevə ötürülməsini də müzakirə etdiyini yazmışdı. Mənbə daha sonra məsələ ilə bağlı yekun qərarın verilmədiyini qeyd edib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens administrasiyanın sonradan Kiyevə təhvil verilməsi üçün NATO-nun digər ölkələrinə “Tomaqavk” raketlərinin tədarük imkanını müzakirə etdiyini, lakin yekun qərarın Trampa aid olduğunu bildirmişdi.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ