İnsanlara hürriyət, millətlərə istiqlal!

Yamala dünya futbol tarixində misli görünməmiş təklif

Səudiyyə Ərəbistanının "Al Hilal" klubu "Barselona"nın gənc ulduzu Lamine Yamal üçün futbol tarixində nadir görülən məbləğdə - 400 milyon avro transfer təklifi irəli sürüb.

Milli.Az xəbər verir ki, cəmi 18 yaşı olan ispan futbolçunu erkən yaşda Səudiyyə Ərəbistanına gətirmək istəyən "Al Hilal" rəhbərliyi, "Barselona"ya 400 milyon avro dəyərində rəsmi təklif göndərib. Bu, futbol dünyasında indiyədək edilən ən böyük transfer təkliflərindən biri kimi qiymətləndirilir.

İspaniyanın Marca nəşrinə açıqlama verən "Barselona" rəsmiləri, təklifi düşünmədən rədd etdiklərini bildiriblər. Klub rəhbərliyi Yamalın heç bir halda satılmayacağını və gələcək planların mərkəzində olduğunu vurğulayıb.

"Lamine Yamal satılmır. O, klubun gələcəyidir!" - deyə "Barselona" rəsmiləri açıqlama verib.

Bu hadisə futbol ictimaiyyətində böyük rezonans doğurub və Lamine Yamalın gələcəkdə dünyanın ən bahalı futbolçusu ola biləcəyi ehtimalını gündəmə gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR