Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Madaqaskar prezidentinin Fransaya məxsus hərbi təyyarə ilə təxliyəsinı dair yayılan xəbərləri təkzib edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Şarm əl-Şeyxdən dönərkən jurnalistlərin bu haqda sualını cavablandırıb. Fransa prezidenti Afrika ölkəsində konstitusiya quruluşunun qorunub saxlanmasına çağırıb: "Mən dərin narahatlığımızı ifadə etmək və Fransanın Madaqaskar xalqı ilə dostluğundan danışmaq istəyirəm”.
O, ölkənin sabitliyinin, konstitusiya quruluşunun və institusional davamlılığın qorunmasının vacibliyini bəyan edib. “Əgər bunlar olmazsa, o zaman nə baş verəcəyini hamı bilir”, - deyə Makron ada ölkəsinin artıq oxşar epizodla üzləşdiyini xatırladıb. O, həmçinin belə bir vəziyyətdə ilk olaraq sadə vətəndaşların zərər çəkəcəyi ilə bağlı xəbərdarlıq edib və etirazçı gənclərin hərbçilərin və xarici oyunçuların xeyrinə istismarının qarşısının alınmasına çağırıb.
Bundan əvvəl RFI öz mənbələrinə istinadən xəbər verib ki, Madaqaskar prezidenti Andri Rajoelina Fransa prezidenti ilə razılaşdırılaraq Fransa hərbi təyyarəsi ilə ölkədən çıxarılıb. Mənbələr bildiriblər ki, Madaqaskar prezidenti təyyarəyə Madaqaskarın şərq sahillərində yerləşən İle Sente-Maridə minib və Fransanın Reunion adasına enib. Daha sonra o, Mavrikiy və ya BƏƏ-yə gedə bilərdi.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ