İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyada iki qatar toqquşdu: təxminən 100 yaralı var - VİDEO

Slovakiyada baş verən dəhşətli qatar qəzası nəticəsində onlarla insan xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə Yablonov-nad-Turne kəndi yaxınlığında, tunelin qarşısında baş verib. İlkin məlumatlara görə, qatar maşinistlərindən biri digərinə yol vermədiyi üçün toqquşma baş verib.

Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştokun sözlərinə görə, qəza nəticəsində təxminən 100 nəfər xəsarət alıb, onlardan iki nəfərin vəziyyəti ağırdır. Daha üç sərnişin isə hələ də qatarın içində köməksiz vəziyyətdədir və onların durumu barədə məlumat yoxdur. 

Nazir hadisənin səbəbləri ilə bağlı ilkin ehtimalları da açıqlayıb:

“Hazırda qəzanın səbəbləri ilə bağlı fərziyyələr irəli sürmək istəmirəm, lakin ilkin ehtimallara əsasən, bu sistem xətası deyil, insan amilidir. Bu, hələlik sadəcə ilkin versiyadır”. 

Hadisə yerində xilasedici və tibbi briqadalar fəaliyyət göstərir, xəsarət alanlara yardım göstərilir. Qəzanın dəqiq səbəbləri araşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR