İnsanlara hürriyət, millətlərə istiqlal!

8-ci dəfə seçkilərdə iştirak edir — 99 yaşına qədər hakimiyyətdə qala bilər

43 ildir hakimiyyətdə olan Pol Biyya yenidən prezident seçkilərində iştirak edir

Kamerunun 92 yaşlı lideri Pol Biyya ölkədə keçirilən prezident seçkilərində səkkizinci dəfə namizədliyini irəli sürüb.

Musavat.com xəbər verir ki, Biyya bazar günü keçirilən səsvermədə qalib gəlsə, növbəti müddət ərzində də hakimiyyətdə qalacaq və 99 yaşına qədər ölkəyə rəhbərlik edə biləcək.

Pol Biyya 1982-ci ildən Kamerunun prezidentidir və hazırda dünyanın ən yaşlı dövlət başçısı hesab olunur. O, həm də irsi olmayan hakimiyyətlər arasında ən uzun müddət idarə edən ikinci liderdir — bu göstəricidə yalnız Ekvatorial Qvineya prezidentinə uduzur.

Kamerunda prezident yeddi il müddətinə seçilir və qalib gəlmək üçün namizədin ümumi səslərin 50 faizindən çoxunu toplaması tələb olunmur – rəqiblərini az fərqlə üstələmək kifayətdir.

Sonuncu dəfə Biyyaya real rəqib olmuş müxalifət lideri Moris Kamto bu dəfə seçkilərə buraxılmayıb – buna səbəb onun etiraz aksiyalarında iştirakı olub.

Seçkilərin nəticələrinin iki həftə ərzində elan ediləcəyi gözlənilir. Qeyd edək ki, bu dəfə səs verənlərin təxminən dörddə biri hələ doğulmamışdı, Biyya isə artıq həmin dövrdə prezident idi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR