Onlayn ictimai-siyasi qəzet
HƏMAS hərəkatı Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Milli Administrasiyası (PNA) ilə münasibətlərdə “yeni səhifə” açmağa hazırdır.
Musavat.com xəbər verir ki, məlumatı “Al Arabiya” HƏMAS nümayəndəsinə istinadən yayıb.
“Biz Fələstin Muxtariyyəti ilə münasibətlərdə yeni səhifə açmağa hazırıq”, - deyən mənbə, HƏMAS-ın hazırda PNA ilə münaqişə etmək niyyətinin olmadığını qeyd edib.
HƏMAS həm də Qəzza zolağındakı döyüşçülərinin tərksilah edilməsi məsələsinin şişirdildiyinə və həll olunacağına inanır. Adını açıqlamayan HƏMAS nümayəndəsi "Silahsızlaşdırma mürəkkəb və çətin məsələdir, lakin biz həllini tapacağıq” deyərək əlavə edib ki, HƏMAS "yalnız sadə silahlara malikdir". O qeyd edib ki, silahların təhvil verilməsi və Qəzza zolağının gələcək idarə olunması ilə bağlı məsələlər milli konsensus yolu ilə müzakirə edilməlidir.
Dünən HƏMAS və onu dəstəkləyən Fələstin qrupları Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 20 israilli girovu azad edib və 4-nün cəsədini təhvil verib. Bunun müqabilində İsrail ömürlük və ya uzunmüddətli həbs cəzası çəkən 250 nəfər də daxil olmaqla 1968 fələstinlini həbsdən azad edib.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ