Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun oğlu milyonluq mənzillər, bahalı avtomobillər, VTB bankındakı yüksək vəzifə və yüz milyonlarla rubl maaşla lüks içində yaşayır - atası isə eyni vaxtda “antimüharibə müxalifətində” mifik terrorçular “axtarır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalifyönlü media qurumları xüsusi məlumat yayıb.
Veirlən məlumata görə, Aleksandr Bortnikov müharibə başlayandan bəri ilk dəfə “Putini devirmə planını” “üzə çıxarıb”: FTX-nin versiyasına görə, xaricə köçmüş 30 ekspert, yazıçı, artist və keçmiş deputat “terrorçu qrup” yaradaraq hakimiyyətə qarşı sui-qəsd hazırlayıb. Lakin Rusiya əks-kəşfiyyyatının rəhbəri düşmən axtarışıməşğul olduğu bir vaxtda, onun ailəsi hər müharibə ili ilə bir az da varlanır.
Rusiya mediası onun Moskva və Sankt-Peterburqdakı “şirin” həyatından bəzi faktları açıqlayıb.
Məlum olub ki, FTX rəhbərinin oğlu cəmi iki ildə yarım milyard rubl qazanıb. Denis Bortnikov dövlət bankı olan VTB-də çalışır, bu bankın rəhbəri isə Kremlin yaxın dostu Andrey Kostindir. 2025-ci ilin əvvəlindən etibarən Denis Bortnikov VTB-dən 350 milyon rubldan çox (4 milyon 396 min dollar), 2024-cü ildə isə təxminən 115 milyon rubl (1 milyon 444 min dollar) məvacib alıb.
O, gəlirlərini fəal şəkildə artırır. 2025-ci ilin əvvəlində FSB direktorunun oğlunun VTB-dəki depozit hesabında təxminən 2 milyard rubl (təxminən 25 milyon dollar) olub. Pul illik 19 faiz gəlirlə saxlanılır. Deməli, Denis Bortnikov bir il ərzində “öz bankından” daha 400 milyon rubl qazanacaq.
Pulunu daşınmaz əmlaka və premium avtomobillərə yatırır. 2023-cü ilin noyabrında keçmiş “çekist”in oğlu Sankt-Peterburqun elit “Dom na Şpalernoy” yaşayış kompleksində 102 kvadratmetrlik mənzil alıb. Mənzilin dəyəri təxminən 40 milyon rubl (502 min dollar) təşkil edir.
Alman “lüks” avtomobilləri FSB rəhbərinin oğlunun əsas nəqliyyat vasitələridir. Onu Sankt-Peterburq küçələrində dəfələrlə Mercedes G-Klasse (təxminən 20 milyon rubl) və bənövşəyi Porsche markalı avtomobillərdə görüblər.
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ